Rus dilindən tərcümələr
1. Mixail Lermontov
İlk dəfə dənizi görən oğlan vəcdə gəlir və təəssüratlarını nənəsi ilə bölüşür.
ora bax o gəmini görürsən?
(ağımtıl səma körfəzin bulanıq suları)
mənə deyə bilərsən niyə o doğma limanı tərk edib
onu nə gətirib bizim ellərə?
sən bir xəyal elə: ucsuz-bucaqsız okean
soyuq çiskin ayaq altdan qaçan göyərtə
mən bilirəm onu irəli aparan adi rifahdan
daha böyük nəsnədi
yox başqa cür olsaydı
o nə bu dumanlı körfəzlə
nə gec qürub edən şimal günəşindən
heç vaxt ayrılmazdı
2. Aleksandr Puşkin
Gənclik keçir, ümidlər ölür; ilk məhəbbətini xatılamaqla təsəlli tapırsan.
getdikcə o anı tez-tez xatırlayıram
bızim ilk yaxınlıq anımızı
sənin gözqamaşdırıcı çılpaqlığını
sənin təsadüfi sözlərini
uzun müddət onlar gözümün önündən getmədi
bu miskin həyatın ortasında
əzici yorğunluğun arasında
azdırıb yoldan çıxaran başqa hisslərin içində
zaman xatirələri yuyub aparır
surətlər sönür
səsin ahəngi unudulur
cazibə zəifləyir
amma sevgi başqa şəklə düşəndə də dəyişməz qalır
dərinləşən qırışlarda
gecəyarısı ağrılı ürək döyüntülərində
keçib gedən sehirli anlar barədə acı xəyallarda
3. Fyodor Tütçev
İmperator parklarından birində yaz gəzintisi; vəfat etmiş sevgilinin ağrısı illərlə daha da kəskinləşir.
Budur yenə yaz axşamı bu xiyabanda gəzirəm
günəş batıb əriməmiş buzdan soyuq hava qalxır
görürsən: hər şey o zamankı
bizim birgə olduğumuz vaxtlardakı kimidir
hava getdikcə qaranlıqlaşır
uzaqdan işıqlar yanmağa başlayıb
görürsən: bir zaman bizim dünyamız da beləydi
və biz onu özümüzə xas şəkildə sevirdik
sabah sənin vəfatının öldönümüdü
hüzn və dua günü
görürsən: bizim günahkar ruhlarımız
yenə bu parkda birgə dolaşır
4. Osip Mandelştam
Ailə gəlirlərindən məhrum olan və həyatda qalmaq üçün burjua vərdişlərinə yiyələnməmiş otuz yaşlı intellektual yavaş-yavaş ağlını itirməyə başlayır.
artıq xatırlaya bilmirəm
nə müddətdi içimdə bu melodiya səslənir
o yaxamı buraxmır dözülməzdi
qana susayan acgöz ağcaqanadların vızıltısı kimi
kibrit çəkirəm ki baxım:
yanımda ağır-ağır nəfəs alır hamilə gecə
onu silkələmək
yerindən tərpətmək olmaz
havanın təzyiqindən boğuluram
sanki üzümü xəzlə örtür
onun tünd ətrini necə yarım ki
eşidə bilim
eşidə bilim kapilyarlarda
qurumuş saplaqların çəhrayımtıl qanını
məkanın bu qarışıq yuxulu samanlığında
5. Boris Pasternak
Səhər sevgilisinin yanından qayıdan şair baş verənlərin sevincini bir daha yaşayır.
həmin gecə misli görünməmiş çovğun
necə yaxaladı bizi
pəncərələr sanki
yarıyadək qarla tıxanmışdı
sən masanın üstündə şam yandırdın
və alov sütunu
tavana əsrarəngiz
kölgələr saldı
sənin uzun barmaqlarının
davamı kimi
dağınıq saçlarının
dalğalanması kimi
sən bacarırsan
belə zərif soyunmağı:
iki yüngül zərbəyə
başmaqların döşəməyə itələnir
yelçəkən masadakı şamın alovunu
getdikcə daha möhkəm tərpədir
və tərtəmiz qar kimi
artıq vücuduna bürüyürsən məni
6. Anonim
naməlum gənc şair öz mövzusunu və intonasiyasını tapmağa çalışır; çoxsaylı sələflərinin və müasirlərinin təsirləri özünü göstərir.
başım hələ də od tutub yanır bəs nəyə nəzər salmağa imkan tapmışam axı
yayda biçilməmiş zəmidə sadəlövh çiçəklər çirkin kəpənəkləri
payızda sevincək ölümə uçan yarpaqlar
hörümçək torunu üzümə tüpürən tayqanı
və mən gələn qış haqqında nə bilirəm ki
yalnız onu ki heç vaxt itirilməyən ümiddən başqa
ayrıca mənası yoxdu hər şeydə yazın güclə hiss olunan
ahəngini dinləmək
görmədən hələ nəyinsə yanından keçmişəm
gözlərimi ayağım altına zilləyib keçmişimin altında əzilərək
bu addımlarımla illərin batırdığı səsi
var gücümlə qorumağa çalışaraq
7. Balkan nəğməsi
Vilnüsdə kafedə oturarkən gənc bolqar şairəsi Dostena Angelovanı gözləyirəm və özünün hazırladığı sətri tərcümələrə əsasən onun şeirlərini çevirirəm
Sanki
böyük ehtimal ki təsadüfi
(bəli yetərincə təsadüfi)
bir neçə söz birləşməsi
pəncərələr yağışdan və saralmış yarpaqlardan
(onların rəqsi nə qədər qəribə də olsa
yetərincə canlıdır)
pərdələnib
musiqili replikalar
(cismani partituranın
ritmik rəsmləri)
belə olur adətən
bu səs sırası
indi (nə üçün?)
kifayət qədər yetərlidir
ruhu necə də tamamilə oxşayır
(doydurur, ya doyuzdurur —
hansı düzgündü?)
bu melodiya
qeyd-şərtsiz kapitulyasiya
və
sən indi məni nəyə istəsən
inandıra bilərsən:
bu qıvrılan ilandı
sürünür
pəncərənin açıq taylarında —
mən hazıram
həyəcanla onun qara dizlərini
arzulamağa
amma sən mənə söyləməyi unutdun ki
bu soyuq məxluqla
necə davranmalı
8. Avtorimeyk
Yaradıcı böhranın qarşısını almaq üçün öz köhnə şeirlərimi yenidən yazıram.
Yəqin artıq mininci dəfədi həmin eyni küçə ilə keçərkən
(artıq axşam olsa da günəş çox yüksəkdə idi)
Mən qəfil duydum bu nəm bətnin qoxusunu
gənc bədənin qoxusunu
(ağacların altında hələ əriməmiş qar heyrətamiz dərəcədə təmizdir
ondan bəzən soyuq gəlir)
və hiss elədim ki özümü itirmişəm
ümumiyyətlə mən nə deyəcəkdim?
seirdə adam nəyi deməlidirsə onu
keçmişimə və bu günümə bağlı
amansız xoşagəlməz sətirləri: heç bir pleyboy komformizmi
(sözlərin dəhşətli mənalarını bilmədən onları tələffüz etmək)
hava lap qaranlıqlaşanda
mən çaya çatdım
amma yəqin ki nahaq yerə
o hələ də buzla örtülü idi
9. Qavriil Derjavin
Ürək sancısından sonra; ölüm qorxusu bir müddətlik çəkilir.
ağır və qarşısıalınmaz zaman axını
məni yuyub aparır
və mənimlə birgə orada əriyib gedir
xalqımın dili onun tanrıları onun qəhrəmanlarının xatirəsi
əbədiyyət okeanına düşəndən sonra necə olacaq bu hissə?
gəlmə folklorçuların qeydləri
kitabxanalarda çürüyən kitablar
ürəyi inlədən mahnıların beş oktavalı səs sırası?