Qısa məktublar
*
Necə də kədərlidi, bəy söyləyir gəlinə:
“Qaranlıqda parlayan çırağı al əlinə,
bizə o çox bənzəyir, birdən bilmərik aşar,
gəl qoymayaq sönməyə, bizə budur yaraşan”.
Birdən başqa küləyin nəfəsini duyaraq,
od yox, həyat alışır “retro” üslubunda bax,
elə-beləcə dönür şüşə səsinə sevgi,
ehtiras elmi isə — başqa elmlər kimi
gerçək axtarışda yox, bədən dolambacında
adların əks— sədası gizli künc-bucağında.
*
Sənin təsadüfi yataq yoldaşın sərxoşdu, şəndi,
Ayı sudan tortək asdı balıqçı, nə möhtəşəmdi.
Balıq-kölgələri su üzərində toruna saldı,
qadınlara əzab versin deyə o uzun yaşadı!
Qaranlıq sularda quş kölgələri göründü, batdı,
tənha bədənlərin əzablarında söndü yanğısı.
Taxta çıxarmışdı səni o ruhlar — nə vaxtsa çoxdan,
indi öz dərdini daşıyır onlar — səndən uzaqda.
*
Bəraətimiz yoxdu Tanrının qarşısında —
nə bir yada sevgiylə, nə də nikahımızla,
xilas etməz boş yolda seltək axan göz yaşı,
nə də doğma torpağın bir qarışı, baş daşı.
Yuvada yatır bir quş bətndəki körpətək,
sənin sir-sifətində yadlar çox görünəcək.
*
Sən öz duzlu suyunla artırırsan yanğımı,
səadət gəzirəm mən, əzabsız sevinc varmı?
Ürəkdə yer tapılar hər vaxt iztirab üçün,
nişanlısı gecəmi? Artıq adaxlanıb gün.
Mavi, iti alovla bu sevgi möhkəmlənib,
qürub bu gün elə bil kül rəngiylə bəzənib.
Əzizim, çox güclüdü bil ki, cənnət ümidi,
bil ki, zaman dünyanın ən xəlvət keçididi.
*
Ölümlü bəndələri onun selləri yuyur,
nişanlın gözü yaşlı bu sözləri oxuyur:
“Bərk bağlanmayıb qapı, üstündə açarı var,
soyuqdan titrəyir ev, sevgi ürək parçalar”...
Belə ürpənişlərdi həyat başdan-ayağa,
yalanlar açıq-aşkar, ümid təkcə Allaha.
Gecələr gözlərində əks olunur Süd yolu,
bədən qabındakı ruh — sonsuzluğun alovu,
ya da ki bir dalğadır. Həm də o özü axı,
ölümün əksi deyil, nişan verir Allahı.