Oleq Dozmorov

1974-cü ildə Sverdlovsk şəhərində (indiki Yekaterinburqda) anadan olub. Ural Dövlət Universitetinin Filologiya fakültəsində və aspiranturada, sonra isə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Fəhlə, gözətçi, kitabxanaçı, müəllim, jurnalist və redaktor kimi fərqli işlərdə çalışıb. Ural Dövlət Universiteti yanında ədəbi birliyə, “Ural” jurnalının “Lebyadkin” ədəbi klubuna rəhbərlik edib. “Ağ yerlər” (1999), “Şeirlər” (2001), “Səkkizliklər” (2004), “Begemota baxmaq” (2012), “Ural ləhcəsi”(2019) kimi beş şeir kitabının müəllifidir. “Ural” jurnalının mükafatına, “Russkaya premiya” və “Moskovskiy sçyot” ədəbi ödüllərinə layiq görülüb. Londonda yaşayır.

O. Dozmorov nəinki rus klassik poeziyasındakı “boşluqları doldurmağa” cəsarət edir, həmçinin, ondan palimpsest kimi yararlanmaqdan da çəkinmir və oxucuya bu konteksti anlamağın əsla vacib olmadığı illüziyasını yaratmağa müvəffəq olur.